AnalitikaSiyasət

Fransa-Azərbaycan: ziddiyyətli ardıcıllıq

Azərbaycan-Ermənistan münasibətləri gərginləşdikdə hər dəfəBakı və Paris arasında artan gərginlik növbəti dəfə azalmağa başlayıb. Fransa elitasında Ermənistan-Azərbaycan münaqişəsi qədər güclü emosiyalara səbəb ola biləcək başqa heç bir problem yoxdur.

Sonuncu belə gərginlik fonunda Fransa səfiri Zaxari Qross oktyabrın 19-da “Praqa: sülhə gedən yolda əsas mərhələ” essesində öz mövqeyini ifadə edib. Yazının əsas fikri ondan ibarətdir ki, Fransa çoxillik Ermənistan-Azərbaycan münaqişəsinin həllinin əsasını münaqişə tərəflərinin – Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasında görür.

Qross: “Praqada Azərbaycan Prezidenti, Ermənistan baş naziri, Fransa Prezidenti və Avropa Şurasının Sədri arasında görüşün yekunlarına görə qəbul edilmiş birgə bəyanat əhəmiyyətli sıçrayış və önəmli mərhələ oldu, belə ki, bəyanatda qeyd edilir ki, “Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il tarixli Alma-Atı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər, onlar vasitəsilə hər iki dövlət bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”. Azərbaycan və Ermənistan həmçinin “təsdiq ediblər ki, bu, sərhədin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacaq və sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonlarında Brüsseldə keçiriləcək””.

Təşəbbüskarları Aİ Şurasının sədri Şarl Mişel və prezident Makron olan Paris görüşünə istinadını cənab səfirin təkcə şəxsi mövqeyinin deyil, Fransanın Cənubi Qafqazda ən təhlükəli və mürəkkəb münaqişənin nizamlanması strategiyasına ümumi baxışının ifadəsi kimi dəyərləndirmək olar.

Fransanın 1991-ci ildən başlayaraq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı tarixi bir tərəfdən ziddiyyətli, digər tərəfdən isə birmənalı olaraq ardıcıl idi. Ziddiyyət a) “Erməni məsələsinə” tarixi sədaqətdən və b) Azərbaycanın iqtisadi və logistika mərkəzi rolunda çıxış etdiyi Qafqaz regionunda geosiyasi maraqlardan irəli gəlirdi. Fransanın ardıcıllığını ATƏT-in Minsk Qrupunda ABŞ və Rusiya ilə birgə həmsədrlik çərçivəsində ümumi siyasət diktə edirdi, burada rəqabətə baxmayaraq, üçlüyün Azərbaycanla bağlı öz maraqları üst-üstə düşür.

Fransanın Azərbaycana qarşı ziddiyyətli-ardıcıl siyasət xətti Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən, Mitteran və Şirakın prezidentliyi dövründə üstünlük təşkil etməyə başlayıb, Sarkozi, Oland və Makron da estafeti onlardan alaraq davam etdirib. Azərbaycan prezidentləri böyük və kiçik Əliyevlər həmklarları ilə münasibətlərini mövcud xəttə uyğun olaraq qururdular, siyasi kamertonda dalğalanma amplitudası Azərbaycan-Fransa münasibətlərinin təbii təzahürü idi.

Fransanın ermənipərəst açıq olmasına baxmayaraq, Ermənistanla Qarabağ uğrunda uzun sürən münaqişə zamanı Azərbaycanın mövqeyinə heç bir xələl gəlməyib, əksinə, ölkənin mövqeyi möhkəmlənib, 44 günlük müharibənin nəticəsi və cənab Qrossun qürurla xatırlatdığı Paris sazişi ilə başa çatan Ermənistanın sülhə məcbur edilməsi xəttinin səmərəli şəkildə davam etdirilməsi bunu göstərir.

Bakıdakı missiyasını başa vurmaq üzrə olan səfir Qrossun payına çox irad və təşəkkür düşüb, bu da 2020-ci il müharibəsi, son üç ayda sərhəd döyüşləri və Fransanın dinc və effektiv vasitəçiliyi dövründə güclənən ziddiyyət-ardıcıllıq xəttinin təbii təzahürüdür.

Paris sazişi Qrossun Fransanın Azərbaycana qarşı siyasətində ardıcıllıq amilinin güclənməsi ilə başa çatan missiyasının nəticəsidir. Əsas Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmaq üzrə olduğu Cənubi Qafqaz regionunda vəziyyət elə inkişaf edir ki, Parisin növbəti səfirinə ziddiyyət-ardıcıllıq xəttinin ikinci hissəsini inkişaf etdirməkdən başqa bir şey qalmır. Bu isə orta və uzaq gələcəkdə Azərbaycan-Fransa münasibətləri üçün yaxşı dividendlər vəd edir.

Turan Analitika Xidməti

Bənzər yazılar

Back to top button