Siyasət

İran konsulu Qafanda ermənilərə müdafiə vəd edir

İran Zəngəzurdakı ermənilərə müdafiə vəd edir, bu barədə bu gün Yerevanda və İranın baş konsulluğunun açıldığı Qafan şəhərində bildirilib.

Açılış mərasimində İran və Ermənistanın xarici işlər nazirləri iştirak

News.am saytının “Konsul Azərbaycanla sərhəddən 2 kilometr aralıda “daim qorxu atmosferində” yaşayan Sünik sakinləri haqqında nə düşünür?” sualının cavabında konsul Mortez Varamin deyib: “Qafan sakinlərinə narahat olmamağı tövsiyə edirəm, biz erməni xalqından ötrü buradayıq”.

Bundan öncə Yerevanda brifinqdə İranın xarici işlər naziri Abdullahiyan bir daha təkrarlayıb ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcək.

Qeyd edək ki, Qafanda (İranla sərhəddən 60 kilometr aralı) İran diasporu və ya İranın biznes maraqları yoxdur. Görünür, iranlıların yeganə məqsədi Azərbaycanın sərhəddəki hərəkətlərinə görə casusluq etmək olacaq.(Turan)

Bənzər yazılar

Back to top button