AnalitikaManşetSiyasət

İran niyə Azərbaycanı hədəf seçib? – İndiki şərtlərdə Tehrandan hər cür təxribat gözləmək olar (ŞƏRH)

İran niyə regionda vəziyyəti gərginləşdirir?

AzToday.az xəbər verir ki, siyasi analitik Nazim Cəfərsoy İranın Azərbaycana qarşı son həmlələrinin səbəblərini şərh edib.

Onun sözlərinə görə, rəsmi Tehran vəziyyəti gərginləşdirmək üçün aşağıdakı nəticələri əldə etmək istəyir:

– Hazırda İranda daxili vəziyyət gərgindir. Bu cür durumlarda avtoritar rejimler xaricdə bir təhlükə formalaşdıraraq və bir düşmən obrazı yaradaraq xalqın diqqətini ortaya yönəltmək istəyirlər. Bugünkü geosiyasi şərtlərdə bunu ənənəvi düşmən İsrail, ənənəvi rəqib Türkiyə və ya razılaşma astanasında olduğu Qərblə yaratmaq Tehrana müxtəlif motivlərlə sərf etmir. İran da bu konteksdə Azərbaycandan bir düşmən profili yaratmağa çalışır. Tehranın yanaşmasına görə Azərbaycan yuxarıdakılarla müqayisədə nisbətən daha kiçik bir aktyordur ve beləcə bu həmlə İrana regionda daha az maliyyətlə öz xalqını manipulyasiya etmək imkanı verir.

– Azərbaycanı düşmən kimi xarakterizə etmək İrana regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir. İran bunu ya Türkiyə, Rusiya və ya Qərbi birbaşa qarşısına alaraq edə bilər, ya da Azərbaycan ilə Ermənistan üzərindən edə bilər. Yuxarıda dediyimiz kimi, Rusiya, Türkiyə və Qərb uyğun hədəflər deyil İran üçün. İranın bugünkü şərtlərdə Türkiyə + Rusiya + AB üçbucağinda uğurlu balans yaradan Azərbaycan üzərindən də regionda çox fəal rol oynaması mümkün deyil. Ona görə də Tehran regionda zəif halqa olan, düşdüyü vəziyyətdən çıxış yolu ve yeni dəstək axtaran Ermənistan üzərindən fəal rol oynamağa çalışır. Bunun üçün də Ermənistanın dəstəkçisi olmaqdadır və Ermənilərin Zəngəzur həssaslığını mühüm bir vasitə kimi fəal istifadə etməkdədir.

– Azərbaycanı düşmənləşdirmək Tehran üçün İran cəmiyyətində getdikcə artan Türkçülük və Azərbaycançılıq meyillərini zəiflətmək və İrançılıq və dövlətçilik motivasiyasını güçlendirmək məqsədini daşıyır. Ancaq bu cəhd iki ucu kəskin buçaqdir, yüksələn Türk milliyətçiliği və Azərbaycançılıq fonunda Tehran rejimi daxildə tərs reaksiya ilə qarşılaşa bilər.

– Ermənistanı dəstəkləmək və Zəngəzur üzərindən gərginlik yaratmaq Qərbdəki ermeni diasporasının dəstəyini almaq və vizyonunu yeniləmək baxımından Tehran rejiminə mühüm fürsətlər verir.

– Tehran rejimi “Azərbaycanın Rusiya və Türkiyə ilə razılaşaraq Zəngəzur koridorunu hərbi yolla nəzarəti altına almasını” ciddi bir ehtimal kimi görür. 2020-dəki müharibə və sonrasında regiondakı balans, eləcə də Ermənistanın zəifliyi İranı qorxudur və bu ehtimalı ciddiyə almağa çox sövq edir. Üstəlik İran bu prosesin yaxınlarda baş verəcəyini düşünür, ona görə de tələm tələsik Qafanda hazır olmayan binada konsulluq açır.

– İranın Qafqazda gərginlik yaratmaq xaricində regionda rolunu ciddi olaraq fəallaşdırmaq imkanı yoxdur. Tehran nə ideoloji gücü, nə də iqtisadi şərtləri ilə regionda uğur qazana bilməz. Ona görə də “toyda dava salmaq” metodunu seçir.

– Zəngəzur koridorunun açılması İranın Şərqlə-Qərb arasında Yeni İpək Yolu olmaq imkanına böyük zərbə vurur. İran gərginlik çıxardaraə həm də bu prosesə zərər vermək istəyir.

– Azərbaycan – Türkiyə strateji ittifaqının konkret nəticələr verecək dərəcədə dərinləşməsi və Türk Dövlətləri Təşkilatının güclənməsinə bu prosesi çox daha irəliyə daşıyacaq Zəngəzur koridorunun əlavə olunması bölgədə bütün bir Türk kuşağı yaratması mənasına gəlir ki, bu da daxildə əhalisinin yarısı olan Türkləri təzyiq altında tutan İran üçün ən mühüm milli təhlükəsizlik problemlərindən birini yaradır.

– Hazırda İranda hakimiyyətdə olan qüvvə xarici siyasətdə, xüsusilə regionda sərt gücün daha aktiv istifadəsi tərəfdarıdır. Hərbi təlimlər və sərt ritorika da bunun tətbiqidir.

Bu şərtlərdə İrandan, xüsusilə də hazırda hakimiyyətdə olan radikallardan hər cür təxribat gözləmək olar!!!
Diqqətli olmaqda fayda var…

Bənzər yazılar

Back to top button