Hadisə

İki nəfər minaya düşdü (ADLAR)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi(ANAMA) Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunur.

Bənzər yazılar

Back to top button