İdman

Bədavi Hüseynovla Şahruddin Məhəmmədəliyevin son durumu – Açıqlama

“Qarabağ”ın zədəli futbolçuları – müdafiəçi Bədavi Hüseynov və qapıçı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, oyunçuların vəziyyəti ağır deyil, lakin onlar komandanın bügünkü məşqində də iştirak etməyiblər. Həmçinin sözügedən futbolçular baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la səfər matçında oynaya bilərlər:

“Bədavi ilə Şahruddinin zədəsi ağır deyil. Amma onların komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəkləri də bəlli deyil. Ancaq buraxılan məşqləri nəzərə alsaq, hər iki futbolçunun hazırlıq səviyyəsinin necə olacağını demək çətindir. Ona görə də həm Şahruddin, həm də Bədavinin “Nant”la oyunda meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçimiz verəcək”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Bədavi ötən gün Premyer Liqanın 11-ci turunda “Turan Tovuz”la matçda (3:0) sıradan çıxıb. Şahruddin isə komandanın məşqi zamanı zədələnib.

Xatırladaq ki, “Nant” – “Qarabağ” görüşü oktyabrın 27-si Fransada keçiriləcək.

Bənzər yazılar

Back to top button