Hadisə

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli “Bandotdel”ə çağırılıb

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Partiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumatda buna səbəb kimi “təşkil edilən şikayət” göstərilib.

Məlumatda bildirilir:

“… təşkil olunmuş şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər.

AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq”.

Bənzər yazılar

Back to top button