İdman

Ten Haq: “Ronaldoya xəbərdarlıq etmişdim”

“Ronaldo “Tottenhem”lə oyunda əvəzetmədən meydana çıxmaqdan imtina etmişdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq hücumçu Kriştiano Ronaldonun “Tottenhem”lə (2:0) çempionat matçının sonlarında stadionu tərk etməsinə münasibət bildirərkən deyib.

Niderlandlı mütəxəssis portuqaliyalı superulduza artıq bir dəfə xəbərdarlıq etdiyini söyləyib: “İndi onun düşünməyə vaxtı olacaq, həmçinin digərlərinin də. Mövsümün əvvəlində Ronaldoya xəbərdarlıq etmişdim ki, belə hal təkrarlanarsa, sanksiyalar olacaq. Oyunçular müəyyən tələbləri yerinə yetirməlidirlər, mən də buna nəzarət etməliyəm. Ronaldonun “Mançester Yunayted”dəki rolunu hamı bilir. O, komanda üçün vacib oyunçu olaraq qalır”.

Qeyd edək ki, Kriştiano Ronaldo mövsümün əvvəlində “Rayo Valyekano” ilə yoldaşlıq görüşündə stadionu vaxtından əvvəl tərk edib.

Bənzər yazılar

Back to top button