İdman

“Olimpik Marsel” Ronaldunu transfer edir? – Prezident açıqladı

“Olimpik Marsel”in prezidenti Pablo Lonqoriya “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunu transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Fanat.az xəbər verir ki, “RMC Sport” onun dediklərini belə çatdırıb:

“Kriştianu Ronaldu? Biz büdcəmizə uyğun heyət formalaşdırmalı, sabitliyi qorumalı və daha yaxşı olmağa can atmalıyıq. Ronaldu kimi böyük ulduzları transfer etmək ideyasından uzağıq. Yəni fərdi bacarığı ilə seçilənlərin yox, komanda oyunçularının xidmətində maraqlıyıq”.

Bənzər yazılar

Back to top button