Mədəniyyət

Xalq artisti od püskürdü: “Bu özbaşnalıqdır”

“Əmək məcəlləsində olan müddətli müqavilələr inanın ki, teatr işçilərini bezdirir və əsəblərini pozur”.

Bunu Xalq artisti Yasin Qarayev deyib.

O, teatr rəhbərliyinin də bu uğursuz islahatdan bezdiyini vurğulayıb:

“Əvvəllər yaş senzi ilə bağlı bir ildən və ya iki ildən bir bağlanan müqavilələrin müddəti indi nədənsə altı aya endırılıb. Sözün düzü Əmək Məcəlləsi ilə bağlı bilgilərim çox olmasa da duyğularım diqtə edir ki, Əmək Məcəlləsində mədəniyyət işçiləri ilə bağlı çoxlu boşluqlar mövcuddur. Məsələn, təsəvvür edin ki, altı aydı hazırlanan tamaşada rol almış aktyorun müqavilə vaxtı bitdiyi üçün onu işdən azad edirlər. Binəva rejissor da azad olunan aktyorun yerinə təzədən, həftələrlə həm ozünə və həm də kollektivə zülm edərək yeni aktyor hazırlayır”.

Y.Qarayev bildirib ki, dünyanın heç bir sivil ölkəsində mədəniyyət və incəsənət işçilərinə yaş senzinin aidiyyatı yoxdur: “Elə bizim ölkədə də nə Milli Məclis, nə də möhtərəm ölkə başçısı mədəniyyət və İncəsənət işçilərinə dair belə bir sərəncam imzalamayib… Sual olunur, bəs onda bu nə hoqqadır?”.

Bənzər yazılar

Back to top button