İdman

Fransa klubunun baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

“Nant”ın (Fransa) baş məşqçisi Antuan Kombuare Aropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə danışıb.

Qol.az xəbər verir ki, o, Fransa mətbuatına son müsahibəsində hazırda əsas hədəflərinin Liqa 1-də qalmaq olduğunu deyib. Mütəxəssis Avropa Liqasına da böyük önəm verdiklərini deyərək Ağdam təmsilçisinə qalib gəlmək üçün əllərindən gələni edəcəklərini də vurğulayıb:

“Bu gün biz ilk növbədə diqqətimizi liqa 1-də qalmağa yönəltmişik. Lakin təbii ki, avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Amma hər şeydən əvvəl Liqa 1-də qalmağı hədəfləyirik. Bu halda biz elitada qalacağıq. Amma biz hər oyunda qalib gəlmək istəyirik. Bilirik ki, Avropa Liqasının qrup mərhələsində növbəti görüşü evdə “Qarabağ”a qarşı keçirəcəyik. Həmin matçda qələbə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin 2-ci turunda Bakıda “Nant”a böyük hesabla qalib gəlib – 3:0. Bu komandalar arasında 5-ci tur oyunu oktyabrın 27-si “Stade de Bojuar” arenasında olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Qarabağ”a pley-off-a adlamaq üçün 1 xal da bəs edəcək. “Nant” isə pley-off şansını qorumaq üçün Ağdam təmsilçisini məğlub etməlidir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button