İdman

Mourinyodan Ronaldonun necə idarə ediləcəyi barədə tövsiyyə

“Real”ın sabiq baş məşqçisi, hazırda “Roma”nı çalışdıran Joze Mourinyo keçmiş futbolçusu, indi “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldo haqqında danışıb.

Qol.az xəbər verir ki, Ronaldo Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə matçda meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə matçı üçün heyətdən kənarlaşdırılıb.

Mourinyo isə bu haddisələrdən sonra açıqlamasında deyib: “Bir məşqçinin vəziyyəti başa düşməsi çox vacibdir. Siz onlara necə futbol oynamaq lazım gəldiyini öyrədə bilməzsiniz. Ronaldoya necə cərimə zərbəsi vuracağını, Zlatan İbrahimoviçə topu sinəsi ilə necə saxlayacağını, Didye Droqbaya ilk hücumu necə edəcəyini öyrədə bilməzsiniz. Siz onlara o komandada necə futbol oynamaq lazım gəldiyini öyrətməlisiniz”.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Ronaldo isə 2009-2018-ci illərdə bu komandanın formasını geyinib.

Bənzər yazılar

Back to top button