Dünya

Lukaşenko İtaliyanı tənqid etdi: “İş-işdən keçəndən sonra ayıldılar”

Yeni koronavirus SARS-CoV-2-nin yayılması fonunda İtaliya yalnız xəstələrdə ağır klinik təzahürlər aşkar edildikdə hərəkət etməyə başladı.

Qaynarinfo-nun məlumatına görə, bunu cümə günü, martın 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

“Ən kiçik şübhə olan kimi hərəkətə keçirik. Bir şəxs hardasa olubsa, onun özünü və təmasda olduğu bütün ətrafını yoxlayırıq. İtaliyada belə etməyiblər. İtaliya birinci və ikinci mərhələlərdə hərəkət etmədi. Yalnız birində ağır klinik təzahürlər yarandıqdan sonra müalicə etməyə başladılar. Əlbəttə ki, daha çox insanın ölümününün səbəbi də budur”, – prezident deyib.

Dövlət başçısı hakimiyyətin vətəndaşlardan ölkədə koronavirusla bağlı real vəziyyəti gizlətmədiyini də vurğulayıb. Lukaşenko həmçinin qeyd edib ki, ölkəsində sovet səhiyyə sistemini çökürdülmədiyi üçün bütün dünyada yayılan infeksiyanın qarşısını kəsə bilirlər.

Xatıladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, İtaliyada 15 mindən çox xəstəlik hadisəsi qeydə alınıb və qurbanların sayı min nəfəri keçib.

Belarusiya Səhiyyə Nazirliyi bu ərəfədə ölkədə aşkar edilmiş koronavirus xəstələrinin sayının 21 nəfərə çatdığını bildirib. Qeyd edilib ki, demək olar, bütün xəstələr özlərini qənaətbəxş hiss edir, biri orta ağırlıqdadır.

Bənzər yazılar

Back to top button