GündəmManşet

Separatçılar hərbi əməliyyatı dayandırmağı xahiş edirlər

Separatçılar Azərbaycan tərəfinə atəşkəs və vəziyyəti həll etmək üçün danışıqlar masası arxasına oturmaq xahişi ilə müraciət ediblər, bu barədə Ermənistan KİV-ləri qanunsuz rejimin “İnfoştab” nəşrinə istinadla məlumat yayıb.

Öz növbəsində, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı, qanunsuz rejim isə buraxılmalıdır.

“Qanunsuz separatçı marionet rejimi özünü buraxmalı, Azərbaycanın Qarabağ bölgəsində yerləşən erməni silahlı qüvvələri isə tərksilah edilməlidir.

Azərbaycan legitim hərbi hədəflərə qarşı yüksək dəqiqlikli idarə olunan döyüş sursatlarından istifadə edir və mülki əhaliyə zərər verilməsindən hər cür yayınır.

Azərbaycanın Qarabağ bölgəsindəki erməni əsilli mülki əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq təmin ediləcək. Rejim buraxılsın və silahlı hərbi birləşmələr tərksilah edilsin!”, deyə Hacıyev X sosial platformasında yazıb.

Bənzər yazılar

Back to top button