GündəmManşetSiyasət

Ceyranbatanın ərazisində erməni kilsəsi “peyda olub”

Bu həftə Google Earth dünya axtarış sistemi Azərbaycana daha bir toponimik “sürpriz” təqdim edib.

Sən demə, Ceyranbatan su anbarının ərazisində (Bakıdan 30 km aralı) erməni kilsəsinin varmış. Təəccüblənməyin, onun adı belədir – “Müqəddəs Tanrı Anasının Kilsəsi”.

Maraqlıdır ki, kilsə boş yerdə göstərilib və heç bir şəkil də yoxdur. Məlumatsız adamlar düşünə bilər ki, həqiqətən də orada bir vaxtlar kilsə olub və onu “xain” azərbaycanlılar dağıdıblar. Ancaq bu yerdə heç vaxt kilsə olmayıb və ola da bilməz.

Rəsmi Bakı dəfələrlə Google-un diqqətini belə faktlara yönəldib. İddiaların bir qismi təmin olundu, amma göründüyü kimi, erməni fantaziyaları hədsizdir.(Turan)

Bənzər yazılar

Back to top button