Dünya

“Rusiya Qəhrəmanı” adı alan Ənvər Nəbiyev kimdir?

Oktyabrın 21-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada “xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıq göstərmiş” rusiyalı zabitlərə ölkənin ali dövlət mükafatını – “Rusiya Qəhrəmanı” medallarını təqdim edib.

Şoyqu deyib ki, “zabitlər vətən qarşısında borcunu şərəflə yerinə yetirdikləri və göstərdikləri şücaətə görə dövlətin ali mükafatına layiq görülüblər”. Sonra isə Sergey Şoyqu onlara yüksək mükafatları şəxsən təqdim edib.

Musavat.com xəbər verir ki, Şoyqunun mükafatlamdırdığı zabitlər sırasında mayor, tank bölüyün komandiri Ənvər Nəbiyev də var. Ənvər Nəbiyevin milləyyəti haqda dəqiq bilgi yoxdur. Vikipediya məlumatında da bu barədə yazılmayıb. O 1988-ci ildə Kaspiyskdə (Dağıstan) anadan olub. Atası Albert inşaatçıdır. Özü ailəlidir, bir oğlu, bir qızı var.

Rusiya Müdafiə Nazirliyində bildirib ki, E.Nəbiyev pusquya düşsə də, rəhbərlik etdiyi bölməni bir neçə dəfə mühasirədən çıxarıb. Sonrakı döyüşdə onun bölməsi üç piyada döyüş maşını və 50-yə qədər hərbçini məhv edib.

Başqa bir döyüşdə E.Nəbiyevin bölməsi yenə atəş altına düşüb. Beş gün ərzində – əsas qüvvələr gələnə qədər onun rəhbərliyi altında döyüşçülər qarşı tərəfin hücumlarını dəf ediblər.

Bir həftə sonra mayor Nəbiyev altı tank və üç piyada döyüş maşınından ibarət altı “təxribat qrupunu” vurub.

Daha bir döyüşdə dağıstanlı zabitə məlumat daxil olub ki, Rusiya qoşunların kəşfiyyat qrupu mühasirəyə düşüb. Tank taqımına rəhbərlik edən mayor kəşfiyyatçıların köməyinə gedib. Onun bölməsi dörd möhkəmləndirilmiş atəş nöqtəsini, iki tankı, üç piyada döyüş maşınının qarşısını kəsərək qarşı tərəfi geri çəkilməyə məcbur edib. Nəbiyevin tankçıları rusiyalı kəşfiyyatçıların, o cümlədən yaralıların və ölənlər saxladıqları evdən çıxarılmasını təşkil ediblər.

Tankın idarəetməsi arxasında olan mayorun zirehli maşınını qumbaraatanla iki dəfə vurulub. Nəticədə tankın silah idarəetmə sistemi sıradan çıxıb. Pulemyotdan atəş açan zabit kürəyindən qəlpə yarası alıb. O, yaralı olsa da, tankdan çıxa bilib.

Bir aylıq müalicədən sonra Nəbiyev yenidən cəbhə zonasına qayıdıb. Yaralanandan sonrakı ilk döyüşdə o, tabeliyində olanlarla birlikdə iki zirehli transportyoru, iki özüyeriyən artilleriya qurğusunu, altı minaatan texnikanı məhv edib.

Növbəti dəfə E.Nəbiyevin rəhbərlik etdiyi kəşfiyyat qrupu qarşı tərəfin canlı qüvvəsi və texnikasının yığılmasını aşkar edib. Onlara qəfil hücum edən mayorun dəstəsi dörd zirehli “Hummer”i və iki pikap maşını vurub. Həmçinin vurulan hədəflər siyahısında hücum qüvvələrinə malik zirehli transportyor və Ukraynanın “Osa” zenit-raket kompleksi də olub.

Nəbiyevin mükafat siyahısında deyilir ki, mayorun bölməsi ümumilikdə beş Ukrayna tankını, dörd zirehli transportyorunu, səkkiz piyada döyüş maşınını, üç özüyeriyən qurğunu, şəxsi heyətin daşınması üçün səkkiz zirehli maşını məhv edib.

E.Nəbiyev çıxışında deyib ki, bu, “bütün yoldaşlarına verilmiş mükafatdır”.

Bənzər yazılar

Back to top button