GündəmSiyasət

“Eternity-2022” beynəlxalq təlimi başlayıb

Türkiyə, Azərbaycan və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.

Bənzər yazılar

Back to top button