Hadisə

Tanınmış azərbaycanlı jurnalist ağır xəstəliyə tutulub

Tanınmış jurnalist Jalə Mütəllimova bir neçə gün öncə ağır əməliyyat keçirib.

AzToday.az modern.az-a istinadən xəbər verir ki, artıq xəstəxanadan evə buraxılan jurnalistin vəziyyəti qənaətbəxşdir.

Jalə Mütəllimova açıqlamasında gineokoloji problemdən əziyyət çəkdiyini, əməliyyatdan sonra durumunun yaxşılaşdığını bildirib:

“Dünən xəstəxanadan çıxmışam. Müalicələrimə evdə davam edirəm. Ağır bir xəstəliklə qarşı-qarşıya qalsam da, bundan sonra yaxşı olacağıma ümid edirəm. Vəziyyətim yaxşıdır və 2-3 aydan bir həkim qəbulunda olmalıyam”.

Bənzər yazılar

Back to top button