Hadisə

Azərbaycanda iş adamı özünü öldürdü

Mingəçevirdə aptek sahibi özünü güllələyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Günəş küçəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bənzər yazılar

Back to top button