İdman

“Qalatasaray” iki dünya ulduzunu transfer edir? – Ronaldo və Depay…

“Qalatasaray” klubu “Mançester Yunayted”dən Kriştiano Ronaldo və “Barselona”dan Memfis Depayı transfer edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, klub bununla bağlı rəsmi açıqlama yayıb.

“Son günlər klubumuzun Kriştiano Ronaldo və Memfis Depayla maraqlanması ilə bağlı bəzi mətbuat orqanlarında yer alan xəbərlər həqiqəti əks etdirmir. Klubumuzun hər iki futbolçunun transferi istiqamətində bir əlaqəsi və ya təşəbbüsü yoxdur”, deyə “Qalatasaray”ın açıqlamasında bildirilir.

Qeyd edək ki, karyerası ərzində ardıcıl olaraq “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya) və “Yuventus”da (İtaliya) çıxış edən Ronaldo 2021-ci ildə İngiltərə təmsilçisinə dönüb. Baş məşqçi ilə aralarındakı problemə görə heyətdən kənarda qalan portuqaliyalı ulduzun qışda komandanı tərk edəcəyi deyilir. 37 yaşlı futbolçu cari mövsümdə cəmi 12 oyuna çıxaraq 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Memfis Depay PSV (Niderland), “Mançester Yunayted” (İngiltərə) və “Lion” (Fransa klublarında çıxış edib. 2021-ci ildən “Barselona” forması geyinən 28 yaşlı forvard cari mövsümdə 3 oyuna çıxaraq bir qol vurub. Onun da komandadan getməsi gözlənilir.

Bənzər yazılar

Back to top button