İdman

“Qarabağ”ın Fransaya səfər proqramı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq “Qarabağ” oktyabrın 25-i Fransaya yollanacaq.

AzToday.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button