İdman

Ronaldo zədəsi haqda: “İki həftədən çox çəkməyəcək”

“Yuventus”un və Portuqaliya millisinin superulduzu Kriştiano Ronaldo ombasından aldığı zədə haqda danışıb.

Fanat.Az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyunda (1:1) sıradan çıxan futbolçu belə deyib:

“Bu zədəyə görə narahat deyiləm. Öz bədənimi tanıyıram. Bərpa prosesi iki həftədən çox çəkməyəcək. Hər şey yaxşı olacaq”.

Ronaldonun zədəsi iki həftəyə sağalsa, o, A seriyasının “Empoli” (30 mart), “Kalyari” (2 aprel) və “Milan”la (6 aprel) oyunlarında “Yuve”yə kömək edə bilməyəcək. Eləcə də forvardın Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə iştirakı sual altına düşəcək.

Qeyd edək ki, Ronaldo Serbiya ilə matçın 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib.

Bənzər yazılar

Back to top button