GündəmManşetSiyasət

Əliyev və Paşinyan Rusiyada görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti öz diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar oktyabrın son günlərində baş tuta bilər. Danışıqların keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

“Çox güman ki, seçim Soçi olacaq”, – mənbə deyib.

Xatırladaq ki, V.Putin Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyev və Nikol Paşinyanı Rusiyada görüşməyə dəvət edib.

Qeyd edək ki, Bundan əvvəl İ.Əliyevlə N.Paşinyan arasında görüş Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə 6-7 oktyabr tarixlərində Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.

Bənzər yazılar

Back to top button