İdman

“Bizim üçün yerli çempionat daha vacibdir” – “Nant”ın baş məşqçisi

“Nant”ın baş məşqçisi Antuan Kombuare Aropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə növbəti dəfə fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, Fransa Liqasının 12-ci turunda “Nitsa” ilə səfər matçından (1:1) sonra keçirilən mətbuat konfransında deyib ki, Ağdam klubu ilə görüş vacib olsa da, yerli çempionat onlar üçün daha əhəmiyyətlidir:

“Qarabağ”la evdə vacib oyunumuz var. Ancaq bizim üçün daha vacib olan Fransa çempionatadır. Gələn bazar günü “Klermont”a qarşı vacib oyuna çıxacağıq. Lazım olan resursları tapacağıq. Narahat olmayın, biz geri dönmək üçün kifayət qədər güclüyük”.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button