Siyasət

“Müdafiə Xətti” Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə etiraz aksiyası keçirəcək

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı dekabrın 23-də Bakının Fəvvarələr Meydanında Bəxtiyar Hacıyevin və digər siyasi məhbusların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirəcəyini bildirir. Bu barədə “Müdafiə Xətti” təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti repressiv siyasəti davam etdirir. Hökuməti tənqid edən şəxslərin saxta ittihamlarla həbsləri, onlaraq qarşı qeyri-insani rəftar, işgəncələr bu siyasətin tərkib hissəsidir. 2022-ci il partiya liderlərinin, jurnalistlərin, fəalların həbsləri ilə səciyyələnib.

Səfərov bildirib ki, aksiyanın 23 dekabr saat 15:00-da Fəvvarələr Meydanında keçirilməsi nəzərdə tutulub və Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət göndərilib.

Öz növbəsində, vəkil Aqil Layıc bu gün Hacıyev barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verib.(Turan)

Bənzər yazılar

Back to top button