Dünya

ABŞ və müttəfiqləri Rusiyanın Ukraynanın ünvanına son ittihamlarını “yalan” adlandırırlar

Bazar günü Vaşinqton Rusiyanın Ukraynanın ünvanına ehtimal olunan radioaktiv çirkli bomba partlatmaq planları ilə bağlı ittihamlarını təkzib edib, buna görə təqsiri Moskvanın üzərinə qoyub, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ittihamları Amerikalı, Fransalı, Britaniyalı həmkarları və başqa şəxslərlə ayrı-ayrı telefon söhbətlərində səsləndirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Şoyqu bazar günü səhər telefonla danışıblar.

“Nazir Ostin Rusiyanın gərginlik üçün bu bəhanəsini təkzib edib və danışıqları davam etdirmək zərurətini təsdiq edib”, deyə Pentaqonun məlumatında bildirilir.

Ostin həmçinin bazar günü günorta saatlarında Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə danışaraq, Ukraynadakı vəziyyəti müzakirə edib.

Bazar günü axşam jurnalistlər qarşısında çıxış edən Administrasiyanın yüksək vəzifəli məmuru təsdiq edib ki, Şoyqu ukraynalıların “çirkli bombadan” – adi partlayıcı maddələrdən və urandan ibarət silahdan istifadə etməyi planlaşdırdıqlarını iddia edib.

Kremlin son günlər səsləndirdiyi bu bəyanat Vaşinqton, Kiyev və digər tərəfdaşlar tərəfindən qəti şəkildə təkzib edilib, Rusiya tərəfindən dezinformasiya cəhdi kimi qiymətləndirilib.

Bazar günü dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıb, ABŞ-ın sarsılmaz dəstəyini ifadə edib və Rusiyanın Ukraynanın çirkli bombadan istifadə etməyə hazırlaşması barədə iddialarını təkzib edib.

Bazar günü axşam Dövlət Departamenti ABŞ, Fransa və Böyük Britaniya hökumətlərinin birgə bəyanatını dərc edib. Bəyanatda deyilir ki, onlar “Rusiyanın Ukraynanın öz ərazisində çirkli bombadan istifadə etməyə hazırlaşdığı haqqında açıq-aşkar yalan iddialarını təkzib edirlər”.

Bənzər yazılar

Back to top button