İdman

Rəhbərlikdən tələb etdi: “Barsa”nın yetirməsini alın

“Jirona” “Porto”nun mərkəz yarımmüdafiəçisi Niko Qonsales ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Jirona”nın baş məşqçisi Mişel 21 yaşlı futbolçunun oyununu çox bəyənir. O, klub rəhbərliyindən transferi qışda təşkil etməyi xahiş edir.

Maraqlıdır ki, Niko Qonsales Kataloniyanın digər komandasının – “Barselona”nın yetirməsidir. O, 2013-2023-cü illərdə klub sistemində olub, böyüklər səviyyəsində 37 oyun keçirib.

2023-cü ilin yayında “Porto” Nikonu 8,4 milyon avroya alıb, lakin ispan indiyə qədər “əjdahalar” üçün vacib oyunçu ola bilməyib. O, bu mövsüm cəmi 17 oyuna (538 oyun dəqiqəsi) çıxıb.

Bənzər yazılar

Back to top button