Hadisə

Naxçıvan-Bakı reysində insident

Oktyabrın 23-də saat 19.00-da Bakı-Naxçıvan reysini həyata keçirən təyyarədə ştatdankənar təhlükəli vəziyyət baş verib. Reysin sərnişininin Turan-a verdiyi məlumata görə, sərnişin salonunda duman çıxıb, havanın temperaturu yüksəlib. Təcili olaraq hər bir sərnişin üçün fərdi maskalar buraxılıb.

Mənbənin məlumatına görə, əvvəlcə təyyarənin kapitanı sərnişinlərə təhlükə olmadığını və hər şeyin nəzarət altında olduğunu deyərək, Gəncəyə təcili eniş etmək qərarına gəlib. Daha sonra qərar dəyişdirilib və təyyarə saat 20.00-da Bakıya enib.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin məlumatında bu xəbər təsdiqini tapır. Şirkətdən təyyarənin texniki yoxlamadan keçirildiyi bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button