Hadisə

Bir həftə ərzində işğaldan azad olunmuş ərazilərdə 89 mina və 367 PHS zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə işğaldan azad edilmiş ərazilərdə daha 89 mina aşkarlandığı barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, minatəmizləmə əməliyyatları 2022-ci il oktyabrın 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan ərazisində aparılıb.

Bunun nəticəsi olaraq piyada əleyhinə 61, tank əleyhinə 28 mina və 367 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

381 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bənzər yazılar

Back to top button