Digər

Kreml Putinin bu görüntüsünü paylaşdı, sonra sildi – Video

Kremlin rəsmi Tvitter hesabında Rusiya Prezidenti Vladimir Putinin görüntüsü paylaşılandan sonra silinib.
Yeniavaz.com xəbər verir ki, videonun paylaşılandan sonra silinməsi Rusiya liderinin sağlamlığı ilə bağlı iddiaları daha da gücləndirib.

Belə ki, sözügedən görüntüdə Putin əli ilə bir hərbçinin çiynindən tutması əks olunub. Həmin kadrlarda Putinin əlindəki izlər diqqət çəkib.

“Kiyev Post” qəzetinin müxbiri Ceyson Cey Smartın iddiasına görə, Putinin əlindəki izlər damar yolunun açılmasını sübut edir.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Rusiya Prezidentinin səhhətinin pis olması ilə bağlı iddialar yayılıb.

Bənzər yazılar

Back to top button