İdman

“Qələbəyə layiq olmayan “Napoli”ni təbrik edirəm” – Mourinyo

“Layiq olmadıqları qələbə münasibətilə “Napoli”ni və ləyaqətlə oynayıb uduzan futbolçularımı təbrik edirəm. Oyunu uduzmaya bilərdik”

Qol.az xəbər verir ki, bu sözləri “Roma”nın baş məşqçisi Joze Mourino İtaliya A seriyasının 11-ci turunda evdə “Napoli”yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Portuqlaiyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, rəqibdən tam üstün olduqlarını bildirib: “Mən də onlar kimi qələbə qazanmaq istəyirdim: qapıya cəmi bir neçə zərbə vurdular ki, onun biri qolla nəticələndi.

Ümumiyyətlə, möhtəşəm komandaya qarşı matça nəzarət edirdik. Bu gecə hansı komanda birinci qol vurdusa, oyunu qazanacaqdı. Bunu onlar etdi və qalib gəldilər. “Napoli” keyfiyyətli komandadır. Təəssüf ki, əlimizə düşən fürsətlərdən yararlana bilmədik”.

Bənzər yazılar

Back to top button