Hadisə

Dövlət sərhədini pozan iki nəfər saxlanılıb

Oktyabr ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan dövlət sərhəddinin pozulması müşahidə edilib. Bu barədə DSX-nin oktyabrın 24-də yaydığı məlumatda deyilir.

Sərhəd pozucularının Azərbaycan vətəndaşları, 1994-cü il təvəllüdlü Məryəm Vəliyeva və 1981-ci il təvəllüdlü Aytən Qasımova olduqları müəyyən edilib.

Araşdırma zamanı bu şəxslərin bu il Türkiyədən deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğu aşkar olunub.

Bu şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button