GündəmHadisə

“EuroHome” yenə yanır (FOTO)

Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bu barədə AzToday.az-a FHN-dən məlumat verilib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

AzToday.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, hazırda getdikcə yanğın şiddətlənir.

Bənzər yazılar

Back to top button