Dünya

Erməni jurnalist sərhəddə ölən 208 erməninin siyahısını yayıb

Ermənistan II Qarabağ müharibəsindən sonra olduğu kimi sentyabr döyüşlərindən sonra da itkilərin adlarını və dəqiq sayını gizlədir. Erməni araşdırmaçı jurnalist Hrant Sarafyan bu mövzu ilə bağlı diqqət çəkən yazı dərc edib.

O, xatırladıb ki, bu gün döyüşlərdə məhv edilmiş hərbçilər və postlarda Azərbaycan hərbçilərinə atəş açarkən güllələnmiş dörd qadının məhv edilməsindən qırx gün keçir.

“40 gündən sonra onların adları rəsmi olaraq açıqlanmadı. Hətta qurbanlarımızın sayı belə dəqiqləşdirilmədi…
Bir sıra Facebook dostlarımla birlikdə 13 sentyabrda məlum sərhəd toqquşmalarından sonra həlak olan hərbçilərimizin siyahısını tərtib eləyib dərc etmək fikrinə düşdük. Çünki “qəhrəmanlarımızı” saya görə deyil, adlarına görə tanımalıyıq. Bu günə kimi 208 erməninin ad və soyadını, bəzilərinin atasının adını və doğum tarixini belə öyrənə bilmişik… Bu məsələdə mənə göstərdiyi böyük dəstəyə görə Nairi Hoxikyana (Hərbi-siyasi məsələrdən yazan jurnalist-red.), o cümlədən Armine Dovlatbekyana, Ani Karapetyana, Hasmik Akopyana və bir çox başqalarına, xüsusən də əsgərlərin valideynlərinə, yaxınlarına təşəkkürümü bildirirəm. Onların sayəsində məlumatları yoxlamaq, tamamlamaq və düzəltmək imkanım olub, – Erməni jurnalist yazıb.

O daha sonra qəhrəman hərbçilərimizin məhv etdiyi ermənilərin adlarını dərc edib.(musavat.com)

Bənzər yazılar

Back to top button