İdman

Messi “İnter”ə qarşı oynayacaqmı? – baş məşqçi açıqladı

“Barselona”nın hücumçusu Lionel Messinin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “İnter”ə qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Ernesto Valverde La Liqanın 11-ci turunda “Rayo Valyekano”nu 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, hər şey argentinalı futbolçunun məşqlərdə özünü necə hiss etməsindən sonra bəlli olacaq:

“Barselona” Messi ilə hər zaman daha yaxşı oynayır. Onun “İnter”lə görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır. Məşqlərdə durumunu yaxından görə biləcəyik. Özünü necə hiss etməsindən asılı olaraq, Leo ilə bağlı qərarımı verəcəyəm”.

Qeyd edək ki, “İnter” – “Barselona” matçı noyabrın 7-də keçiriləcək.

Bənzər yazılar

Back to top button