GündəmManşetSiyasət

Şəhid polkovnikin sensasiyalı səs yazısının davamı var imiş…

Xəbər verdiyimiz kimi, şəhid polkovnik Babək Səmidlinin sensasiyalı səs yazısı yayılıb.

Məlumatı yayan “Meydan TV” səs yazısının davamının olduğunu elan edib.

“Atəşkəsdən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olduğu bildirilən polkovnikin növbəti səs yazısı yayımlanacaq”, – deyə mətbuat orqanının rəsmi sosial şəbəkə hesablarında bildirilib.
Qeyd edək ki, oktyabrın 21-də yayımlanan səs yazısının birinci hissəsində B. Səmidli orduda olan yüksək vəzifəli şəxslər barədə ciddi ittihamlar səsləndirib.

O, 44 günlük müharibədə komandanlığın buraxdığı səhvlər nəticəsində itkilərin çox olduğunu bildirib. Şəhid polkovnik həmçinin qeyd edib ki, hücuma hazırlaşarkən onlardan yuxarı komandanlıq düşmən tərəfdən tank sayının qəsdən az göstərilməsini tələb edib.

Şəhid polkovnik Azərbaycan ordusundakı snayper çatışmazlıqlarından və “yerlibazlıq”lardan da danışıb.

Bənzər yazılar

Back to top button