İdman

PSJ-dən Messiyə yeni müqavilə

PSJ hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq istəyir.

Qol.az “Le Parisien”ə istinadən xəbər verir ki, Paris təmsilçisi argentinalı futbolçuya 1+1 illik yeni müqavilə təklif edib. Müqavilənin maliyyə şərtləri də müzakirə olunur.

Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında meydana çıxdığı 11 matçda 6 qol vurub və 9 qolun ötürməsini verib. 34 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsində isə 3 oyunda 2 qol vurub.

Bənzər yazılar

Back to top button