GündəmSiyasət

Dövlət Departamenti İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlər barədə

ABŞ Qafqaz regionunu sabit görmək istəyir, bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi Ned Prays İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərlə bağlı Turan-ın müxbirinin sualının cavabında deyib.

“Mənim bununla bağlı konkret şərhim yoxdur. Əlbəttə, biz iki ölkə arasında gərginliyi azaltmaq üçün həm Ermənistan, həm də Azərbaycanla işlədiyimiz Qafqaz regionunda sabitlikdə maraqlı olduğumuzu açıq şəkildə ifadə etmişik”.

Ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusu Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirib, o cümlədən iki dövlət arasında sərhədin böyük hissəsinin keçdiyi Araz çayı üzərindən keçidi işləyib hazırlayıb.

Tehranın bütün regionda getdikcə sabitliyi pozan rolu, xüsusən də Belarusa dronlar və təlimatçılar göndərməsilə bağlı Turan-ın sualına cavab olaraq Prays deyib ki, ABŞ istər İran, istərsə də Rusiya tərəfindən sanksiyaya düşəcək hərəkətlər görəcəyi təqdirdə müvafiq addımlar atacaq.

“Biz İranın Rusiya tərəfindən işğal olunmuş Ukraynada, əsasən də Krımda olması ilə bağlı ciddi narahatlığımızı ifadə etmişik və bu xəbərləri çox diqqətlə izləyirik”, – o əlavə edib.

Bənzər yazılar

Back to top button