Siyasət

Bu gün İsa Həbibbəylinin AMEA prezidenti olacağı deyilir

Bu gün AMEA-da keçiriləcək prezident seçkilərində İsa Həbibbəylinin seçiləcəyi iddia edilir.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

İddiaya görə, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin əsas namizəd olacağı gözlənilir.
Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın strukturunda dəyişiklik edilib.Yeni strukturda 22 elmi müəssisə fəaliyyət göstərəcək. Akademiyanın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Xatırladaq ki, R.Mehdiyev bu ilin fevralında istefa verib.

Bənzər yazılar

Back to top button