İdman

Modriç karyerasını başa vuracağı tarixi açıqladı

“Real Madrid” klubunun 37 yaşlı dayaq yarımmüdafiəçisi Luka Modriç tezliklə Xorvatiya millisindəki karyerasını başa vuracaq.

Fanat.az xəbər verir ki, ESPN saytı xorvatiyalı futbolçunun dediklərini belə çatdırıb:

“Artıq müəyyən yaşa çatdığımı başa düşürəm. Dünya çempionatı, Xorvatiya millisi ilə çıxış edəcəyim sonuncu turnirim olacaq”.

Qeyd edək ki, daha əvvəl onun Avro-2024-dən sonra millini tərk edəcəyi iddia edilmişdi.

Luka Modriç Xorvatiya yığmasında 2006-cı ilin yazında debüt edib və millinin forması ilə 154 oyun keçirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button