Siyasət

Cəmil Həsənli: “İsa Həbibbəyli elm üçün Ramiz Mehdiyevdən çox iş görməyəcək”

Isa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçilməsi uğurlu seçim deyil, professor, tarixçi Cəmil Həsənli belə hesab edir.

“O, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub,bBacarığı vardısa, vəzifədə olarkən edə bilərdi. Bir adamın üzərinə bu qədər vəzifə qoymağın nə mənası var. Milli Məclisin deputatıdır, Ədəbiyyat İnstitutunun direktorudur, akademiyanın şöbə müdiridir.

Ramiz Mehdiyev (Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti) elmə nə qədər töhfə vermişdisə, İsa Həbibəyli də ondan qabağa gedə bilməyəcək”, – Həsənli deyib.

O akademiyada struktur islahatlarını da tənqid edib. “Akademiyanı bölmək, bir hissəsini Elm və Təhsil Nazirliyinin tərkibinə vermək kökündən səhvdir. Uşaq bağçası, körpələr evi ilə fundamental elmləri bir nazirlik idarə edə bilməz.

“Akademiyaya pul ayrılmalıdır. Ayrılan pul elmə sərf olunmalı, əldə olunan elmi nailiyyət isə istehsalatda tətbiq edilməlidir. Yəni, maliyyə=elm=istehsalat olmalıdır”, – Həsənli qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button