Gündəm

Türkiyə insansız hərbi maşını Azərbaycanda sınaqdan keçirmək istəyir

“Barkan” insansız hərbi maşını yaxın zamanda Azərbaycanda sınaqdan keçirilə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “HAVELSAN” şirkətinin İdarə Heyətinin üzvü, pilotsuz aparatlar üzrə layihə müdiri Veysel Ataoğlu məlumat verib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfi bununla bağlı danışıqlar aparır:

“Təklifimizi Azərbaycan tərəfinə təqdim etmişik və bu məsələ ilə bağlı işlər gedir. Bizim üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında fərq yoxdur. Hər cür dəstəyi verməyə hazırıq”.

Bənzər yazılar

Back to top button