Dünya

İnsan dərisində hazırlanmış fotoalbom tapıldı

İkinci Dünya Müharibəsi ərəfəsində faşistlərin insan dərisindən hazırladıqları fotoalbom tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Times İsrael nəşri yazıb. Albomun Buhenvald düşərgəsindən gəldiyi və məhkumların bədən üzvlərini ələ keçirməklə tanınan bir ər-arvad tərəfindən hazırlandığı ehtimal edilir.

Auşvitz-Birkenau dövlət muzeyinin eksponatlar şöbəsinin rəhbəri Elzbieta Cajzer də faktı təsdiqləyib və albomun əri ilə birgə adını Buhenvald qatilləri olaraq tarixə yazan İlse Koçla birbaşa əlaqəsi olduğunu deyib.

Sözügedən albomun 100-dən çox foto və açıqca qoymaq üçün hazırlandı, içərisindəki görüntülərin əksəriyyətinin isə mənzərə təsvirləri olduğu bildirilib.

Bənzər yazılar

Back to top button