Dünya

Makron Papaya oğurlanmış kitab bağışlayıb?

Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransiskə İmmanuel Kantın “Əbədi sülhə doğru” kitabının nadir nəşrini hədiyyə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “lena.ru” məlumat yayıb. Bildirilib ki, Polşada həmin kitabın İkinci Dünya Müharibəsi zamanı Lvovdan oğurlandığı iddia edilib.

“Xarici İşlər Nazirliyi Fransa Prezidentinin verdiyi hədiyyə məsələsini araşdırır, lakin hələlik bu məsələ ilə bağlı konkret açıqlama verməmişik”, – deyə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin məsələ ilə bağlı deyib.

Bənzər yazılar

Back to top button