İdman

Ronaldo “Çelsi”yə keçmək üçün buna da razıdır – SON DURUM

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu “Çelsi” rəhbərliyinin diqqət mərkəzindədir.

Fanat.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, klubun sahibi Todd Bouli 37 yaşlı superulduzun keçidindən həm komandanın, həm də reklam müqavilələri baxımından klubun qazanacağını düşünür.

Xəbərə görə, Bouli artıq öz planını “zadəganlar”ın baş məşqçisi Qrem Potterlə də müzakirə edib və tərəflər qış transfer pəncərəsinin açılmasını gözləyir. London nəhənginin istəyinin Ronaldunun özünə də çatdırıldığı, təcrübəli futbolçunun isə bu variantı isti qarşıladığı vurğulanıb. Mənbə Kriştianunun hətta “Mançester Yunayted”də qazandığından nəzərəçarpacaq qədər az maaşa “Çelsi”də oynamağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Ronaldunun MY ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button