İdman

“Avroliqaya düşsək, aslanlar kimi mübarizə aparacağıq”

“Biz Çempionlar Liqasında oynamağa davam etmək istəyirik. Amma bu baş verməsə, Avropa Liqasına düşsək, qələbə üçün aslanlar kimi mübarizə aparacağıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Xavi 6-cı turda qarşılaşacaqları “Bavariya” ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib. O bildirib ki, komandada xarakter zəifləməməlidir:

“El-Klassiko”dakı məğlubiyyətdən sonrakı iki güclü rəqib – “Vilyarreal” və “Atletik”ə qarşı yaxşı mübarizə apardıq. ÇL-də pley-offa çıxa bilməsək, inamımızı itirməməliyik. Biz göstərməliyik ki, “Bavariya” kimi klublarla rəqabət aparıb qalib gəlməyi bacarırıq”.

Qeyd edək ki, 5-ci turun “Barselona” – “Bavariya” görüşü bu gün “Camp Nou” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button