GündəmManşetSiyasət

Paşinyan sülh istəyir, amma şərt qoşur

Oktyabrın 31-də Soçi görüşündə Dağlıq Qarabağda sülhün və sabitliyin təmin edilməsindən başlayaraq, bir çox məsələlər müzakirə olunacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da ölkə parlamentində çıxışında bildirib.

Onun sözlərindən aydın olub ki, o, “Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmasına və buna reaksiya verilməməsinə” qəzəblənib.

Paşinyan həmçinin Rusiyadan müxtəlif səviyyələrdə Ermənistandan keçən nəqliyyat dəhlizinin açılması zərurəti haqqında bəyanatlar səslənməsindən narazılığını bildirib.

O, həmçinin “Azərbaycanın 13 sentyabr tarixli təcavüzünə” Rusiyanın reaksiyasının olmamasına qəzəblənib.

Bununla belə, o əlavə edib ki, səmimiyyətlə sülh müqaviləsinin ilin sonuna qədər imzalanmasını istəyir. “Bu nə dərəcədə realdır? Mən və hökumətimiz bunun real olması üçün əlimizdən gələni edəcəyik. Amma bəzi məqamlar var. Saziş imzalanmazdan əvvəl sərhədlərin delimitasiyasının həyata keçirilməsi vacibdir. Praqada bunun 1991-ci il sərhədləri əsasında baş verəcəyi barədə razılığa gəldiyimizi nəzərə alsaq, bu, realdır, çünki bu sərhədlər məlumdur.

Bundan başqa, Azərbaycan və Dağlıq Qarabağ arasında beynəlxalq danışıqlar aparılmalıdır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mexanizmi olmalıdır”, deyə o qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button