İqtisadiyyat

Tarif Şurası şəhər telefonlarının qiymətini artırıb

Oktyabrın 26-da ölkənin Tarif Şurası əhali üçün şəhər telefon rabitəsinin qiymətinin ayda 2,5 manatdan 3,5 manata qədər artırılması haqqında qərar qəbul edib. Bu qiymət noyabrın 1-dən tətbiq ediləcək.

Eyni zamanda internet, xüsusi radioəlaqə, “AzStateNet” optik lif şəbəkəsi və digər xidmətlərin tarifləri artırılacaq. Tarif Şurası hesab edir ki, bu xidmətlərin yalnız dövlət orqanlarına göstərildiyini nəzərə alaraq, qiymət artımı əhaliyə təsir etməyəcək.

Bənzər yazılar

Back to top button