Cəmiyyət

Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib

Dövlət başçısının 26 oktyabr tarixli sərəncamı ilə Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Digər bir sərəncamla Rüstəmov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanov bu ilin mayında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Bənzər yazılar

Back to top button