Bizim seçimCəmiyyətHadisə

Badamdarın “torpaq mafiyası”ndan prezidentə şikayət: “Bir qrup dələduz…”

Badamdar sakini Hürnisə Bağırova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva adına göndərdiyi şikayət məktubunun bir nüsxəsini də buizim redaksiyaya ünvanlayıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, şikayət məktubunda sabiq ədliyyə polkovnikinin həyat yoldaşı H.Bağırova Badamdarda illərdir kök salmış “torpaq mafiyası”nın qurbanına çevrilməsindən bəhs edir.

Maraqlıdır ki, Badamdar Bələdiyyəsinin sabiq sədri, həmişə adı torpaq qalmaqallarında hallanan Bəybala Hüseynovun adı bu şikayətdən də qırmızı xətt kimi keçir.

H.Bağırovanın şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
I vitse-prezident Mehriban xanım Əliyevaya
Baş prokuror cənab Zakir Qaralova
Səbail Rayon İcra hakimiyyətinin Başçısı cənab Vüqar Zeynalova

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, mənzil 14-də yaşayan Bağırova Hürnisə Qüdrət qızı tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab İlham Heydər oğlu!

1996-cı ildən yaşadığımız binanın yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsiylə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri apardıq, ağaclar əkdik.

2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlarımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik. Səbail Rayon Bələdiyyəsinin müvafiq olaraq 2005-ci il 23 dekabr, 209-saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmilədirildi.

Bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşım, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez- tez çıxa bilmədiyindən, həmçinin tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istədik. Bu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyini söz verdi.

Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satmış və ona saxta yollarla sənəd düzəldiblər. Bu barədə müvafiq orqanlara müraciət etsək də, bu günədək heç bir tədbir görülmədi. Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişdi. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qaldı.

Sizdən bizə məxsus həmin torpaq sahəsinin kimlər tərəfindən və hansı yollarla sənədləşdirilib satanların cəzalandırılmasını, torpaq sahəsinin bizə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm

Hörmətlə,
Hürnisə Bağırova”

Bənzər yazılar

Back to top button