İdman

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyun bizim üçün finaldır”

“Nant”ın baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, görüş üçün təşkil edilən bugünkü mətbuat konfransında bildirib ki, Ağdam təmsilçisi ilə görüş onlar üçün final kimidir:

“Vacib oyunöncəsi hamı düşərgədədir və matça hazırdır. “Qarabağ”la sabahkı oyun bizim üçün finaldır. İkinci yerə ümid etmək baxımından son şansımız olacaq.

“Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.

Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button